Azərbaycanın şimalında teleradio proqramlarının yayım keyfiyyəti araşdırılır

Azərbaycanın şimalında teleradio proqramlarının yayım keyfiyyəti araşdırılır
# 06 iyul 2013 08:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən ölkənin şimal bölgələrində növbəti radiomonitorinqlər keçirilir.


«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, işlər Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının ərazisində aparılır. Bu məqsədlə həmin bölgələrə DRİ-nin mütəxəssisləri ezam olunublar. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım vəziyyəti araşdırılacaq, elektromaqnit sahə gərginliyi ölçüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR