Bank Of Baku

Lerikin 12 kəndi işıqsız qalıb

Lerikin 12 kəndi işıqsız qalıb
# 12 fevral 2010 19:52 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Dörd gündür ki, Azərbaycanın dağlıq Lerik rayonunun 12 kəndi elektrik enerjisinə həsrət qalıb. Rayonun Şivlə kənd məktəbinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəmşad Ağayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, sözü gedən yaşayış məntəqələrinin sakinləri dörd gündür ki, axşam saat 18.00 radələrindən etibarən gecəni zülmətdə keçirməyə məhkum olunublar.

Rayon Paylayıcı Elektrik Şəbəkəsindən (PEŞ) isə onlara Şingədulan kəndi ərazisində yerləşən yarımstansiyanın qəzalı vəziyyətdə olduğunu, bu səbəbdən də axşamlar yükləmələrin çoxluq təşkil etməsi ucbatından fasilələrin yarandığını söyləyiblər. Ən təəccüblüsü isə ondadır ki, PEŞ-nin rəisi Əlican Şahbazov ona tanış olmayan telefon nömrələrinə, o cümlədən APA-nın bölgə müxbirinin telefon zənginə cavab vermədiyindən mövcud məsələyə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov aydınlıq gətirib.

APA-nın yerli bürosuna açıqlamasında H.Məlikov rayonun bir neçə kəndində elektrik enerjisinin verilişi ilə bağlı yaranmış vəziyyətdən artıq xəbərdar olduğunu və problemin tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlarla tapşırıqların verildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR