Tehranda Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə tədbirlər keçirilib

Tehranda Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə tədbirlər keçirilib
# 12 may 2008 15:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü ilə Tehranda Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə bir neçə tədbir keçirilib. Azərbaycanın İrandakı səfirliyindən APA-ya verilən məlumata görə, mayın 10-da Tehranda keçirilən Beynəlxalq Kitab sərgisində H. Əliyev guşəsinin açılışı olub. Həmçinin həmin gün səfirliyin binasında rəsmi qəbul təşkil edilib. Tədbirdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov H. Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı rolundan danışıb. Səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətdə atılan addımların uğurla davam etdirildiyini də vurğulayıb. İranın keçmiş sənaye naziri Qulamrza Şafeyi, sabiq kənd təsərrüfat naziri İsa Kələntərli, İran-Azərbaycan Dostluq Komitəsinin sədri Əhəd Qəzai H. Əliyevin siyasi fəaliyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər. Mərasim H. Əliyevlə bağlı film və Azərbaycandan olan sənətçilərin konserti ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR