Bakı Metropoliteni qatarların hərəkətini geriyə sayım prinsipi ilə tənzimləməyə başlayıb

Bakı Metropoliteni qatarların hərəkətini geriyə sayım prinsipi ilə tənzimləməyə başlayıb
# 18 avqust 2014 12:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Metropolitenində qatarların hərəkəti geriyə sayım prinsipi ilə tənzimlənəcək.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə bildirilib ki, hazırda bu sistem metropolitenin “Dərnəgül” stansiyasında tətbiq olunur.

Bu prinsipin tətbiqi sərnişinlərin qatarların hərəkəti barədə daha dəqiq informasiya almasına imkan yaradacaq.

Məlumata görə, sistem mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə metronun yeni stansiyalarında, sonrakı mərhələdə isə rekonstruksiya ediləcək mövcud stansiyalarda geriyə sayım prinsipi tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR