FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi regional seminar-müşavirə keçirib - FOTO - VİDEO

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi regional seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 12:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. “Cənub regionu üzrə 142 qeydiyyata alınan təhlükə potensiallı müəssisə və sayı 960 olan avadanlıqlar var. Təhlükə potensiallı müəssisələrin 35-də texniki müayinə keçirilib, nəticədə 5 obyekt üzrə akt tərtib edilib. 27 müəssisədə isə qayda pozuntusu aşkarlanıb”.

APA-nın cənub bürosunun məlumatına görə, bu rəqəmlər iyunun 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin FHN-in Cənub Regional Mərkəzinin binasında “Texniki təhlükəsizlik - aktual suallar” mövzusunda keçirdiyi regional seminar-müşavirə səsləndirilib.

Cənub bölgəsində yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yollarına həsr olunmuş tədbiri giriş sözü ilə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Məşədiyev açıb. Daha sonra agentliyin əməkdaşları cənub regionunda yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yolları və bu barədə agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verməklə, texniki təhlükəsizlik sahəsində yaranmış problemlərin aradan qaldırılmasında dövlət qurumlarının birgə fəaliyyətinin və sahibkarların maarifləndirilməsinin vacib məsələlərdən biri olduğunu xüsusi qeyd ediblər.

Seminar-müşavirədə iştirak edən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, həmin rayonların qaz istismar sahələrinin və iri sənaye müəssisələrinin rəhbərləri öz çıxışlarında sənaye və dağ-mədən müəssisələrində yaranmış problemlər, problemlərin aradan qaldırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının keçirdikləri birgə tədbirlərdən danışıblar.

Tədbirdə iştirakçıları maraqlandıran suallar agentliyin məsul əməkdaşları tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR