ABŞ bu yay Ukraynanı NATO-ya dəvət etməyi planlaşdırmır

ABŞ bu yay Ukraynanı NATO-ya dəvət etməyi planlaşdırmır
# 02 may 2024 04:44 (UTC +04:00)

Rəsmi Vaşinqton NATO-nun yay sammiti zamanı Ukraynanı alyansa üzv olmaq üçün dəvət etməyəcək.

APA xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.

O qeyd edib ki, NATO keçən il Vilnüsdə keçirilən sammit zamanı Ukraynanı öz sıralarında qəbul etməyə hazır deyildi və eyni mövqe indi də davam edir.

Smit ümid etdiyini bildirib ki, NATO müttəfiqləri alyansa üzvlük yolunda Ukraynaya konkret plan təklif edəcəklər.

Aprelin 29-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün “dönməz bir yoldadır”.

Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv ölkələr iyulda Vaşinqtonda keçiriləcək alyans sammitinə qədər Ukrayna dövlətinin üzvlük məsələsində razılığa gələ bilməyəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR