Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma azalıb

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma azalıb
# 28 yanvar 2013 09:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 2011-ci ilə nisbətən 1,1% azalaraq 12,4 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 60,5%-ni neft yükləri, 39,5%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat ilində dəniz limanlarında 11,9 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 0,4% artım olub. İşlənmiş yüklərin 86,8%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 1,8% artıb, idxal yüklərinin həcmi isə 11% azalıb».

Cari ilin yanvarın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 81,6 min ton və ya əvvəlki illə müqayisədə 13,3% çox idxal yüklərin qalığı olub.

Ötən il dəniz nəqliyyatı vasitəsilə 17,7 min sərnişin daşınıb ki, bu da əvvəlki ilə nisbətən 2,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR