Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib - FOTO

Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib - <span style="color: red;">FOTO
# 04 mart 2015 13:44 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, bundan öncə Bakı sərnişin vağzalının şəhər ətrafına köçürülməsi ilə bağlı xəbər yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR