Gürcüstanda iki yeniyetmənin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib

Gürcüstanda iki yeniyetmənin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib
# 28 iyun 2013 21:05 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Axşam saatlarında Tiflis-Senaki-Leselidze avtomagistralında yol qəza hadisəsi baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qəza nəticəsində iki yeniyetmə həlak olub. Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb BMW markalı avtomobilin sürətlə hərəkət edərək, yol kənarındakı dəmir hasara çırpılması olub. Məlumata görə, avtomobildə olan 5 sərnişindən ikisi yaralanıb, ikisi isə hadisə yerindəcə keçinib. Yaralılar Msxeta şəhər xəstəxanasına çatdırılıb, təcili əməliyyat olunublar.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR