Nikolas Maduro Venesuela müxalifətini çevriliş hazırlamaqda ittiham edib

Nikolas Maduro Venesuela müxalifətini çevriliş hazırlamaqda ittiham edib
# 16 aprel 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Venesuelada prezident seçkilərinin birinci turundan sonra qalib elan olunmuş Nikolas Maduro müxalifəti ölkədə dövlət çevrilişi hazırlamaqda günahlandırıb.

«Çoxluqğa hörmət edilməlidir və demokratiya ona hörmət edilməlidir. Müxalifət pusqu qura, xalqın suverenliyinə zərər vurmaq üçün başqa şeylər fikirləşə bilməzlər … Bütün bunlara çevriliş siyasəti deyilir», deyə Maduro bildirib.

Xatırladaq ki, Milli seçki şurası Nikolas Maduronu prezident seçkilərinin qalibi elan edib. Son məlumatlara görə, o 50,75% səs yığıb. Müxalifətin namizədi Enrika Kapriles 48,89% səs toplayıb və məğlub olmadığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR