Braziliyada daşqınlar azı 30 nəfərin həyatına son qoyub

Braziliyada daşqınlar azı 30 nəfərin həyatına son qoyub
# 03 may 2024 08:19 (UTC +04:00)

Braziliyanın Rio Qrande-du-Sul ştatında daşqınlar nəticəsində azı 30 nəfər ölüb, 60 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə ölkənin dövlət qurumları məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava 10 milyona yaxın sakinin yaşadığı ştatın 50 bələdiyyəsinə təsir edib.

Yağışlar davam etdiyi üçün 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 300 mindən çox evin elektrik təchizatı kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR