İqtisad Universitetində ixtisas seçimi ləğv olunub

İqtisad Universitetində ixtisas seçimi ləğv olunub
# 07 iyul 2014 16:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Sonra tələbələri narahat edən məsələlər dinlənilib. Görüş iştirakçıları rektora daha çox ixtisas seçimi ilə bağlı suallar ünvanlanıb. Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.

Yekun qərara əsasən ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR