SAM-ın nümayəndə heyəti ABŞ-a səfər edəcək

SAM-ın nümayəndə heyəti ABŞ-a səfər edəcək
# 26 aprel 2013 08:57 (UTC +04:00)

Bakı – APA. 29 aprel - 8 may tarixlərində Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı və elmi işçilərdən ibarət nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək. SAM-dan APA-ya verilən məlumata görə, səfər zamanı bir neçə konfransın keçirilməsi, ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində görüşlər və mühazirələr nəzərdə tutulub.

Tədbirlərdə “Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr”, “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində mövcud vəziyyət və mümkün çıxış yolları”, “Nabucco sonrası: yenilənmiş Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyi”, “Azərbaycan-Gürcüstan-Türkiyə: Strateji Alyansın Paradoksları və Çağırışları”, “Azərbaycan-İran münasibətləri: gələcək dinamikanı müəyyənləşdirərkən” kimi mövzuların müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə millət vəkili Asim Mollazadə və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR