Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
# 07 may 2024 19:36 (UTC +04:00)

Mayın 6-7-də Bakı şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.

İclasa Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Şərifov sədrlik edib.

İclas zamanı, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasına öz minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası 24-27 iyun 2024-cü il tarixlərində İran İslam Respublikasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR