Qan Turalının “Doqquz hekayə” kitabının imza günü keçiriləcək

Qan Turalının “Doqquz hekayə” kitabının imza günü keçiriləcək
# 21 may 2015 10:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qan Turalının yeni çap olunan “Doqquz hekayə” kitabının imza günü keçiriləcək.

APA-nın məlumatına görə, imza günü mayın 23-də saat 14:30-dan 16:00-dək Gənc Tamaşaçılar Teatrının foyesində təşkil olunacaq.

“Doqquz hekayə” yazıçının ikinci nəsr kitabıdır. Kitabda son illərdə yazılan hekayələr toplanıb. Mövzu və forma baxımından rəngarəng olan yeni nəşrə Qan Turalının “Prokurorun üç günü” adlı detektiv hekayəsi də daxil edilib.

“Doqquz hekayə” mərhum yazıçı Rafiq Tağının xatirəsinə ithaf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR