Şəmkirdə iki avtomobil toqquşub, yaralanan var - VİDEO

Şəmkirdə iki avtomobil toqquşub, yaralanan var - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 16:29 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bu gün Şəmkir rayonu ərazisində bir nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, yol qəzası günorta saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunun 390-cı kilometrliyində, Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Dəllərcəyir kəndinin sakini, 27 yaşlı Vüqar Məmmədov idarə etdiyi “VAZ 21015” markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən həmyerlisi Nofəl Matıyevin idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 21015”in sürücüsü Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ 21015”in yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR