Avropa Birliyi və Azərbaycan arasında mobillik üzrə tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar başa çatıb

Avropa Birliyi və Azərbaycan arasında mobillik üzrə tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar başa çatıb
# 04 dekabr 2013 15:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Saziş miqrasiya sahəsində, xüsusən qaçaqmalçılar və insan alveri ilə məşğul olanlarla mübarizə məsələlərində əməkdaşlığı gücləndirməyə imkan yaradacaq.

Sənəd Avropa Birliyi Şurasının dekabrın 5-6-da Brüsseldə keçiriləcək iclası çərçivəsində AB-nin daxili məsələlər üzrə komissarı Sesiliya Malmström və Azərbaycanın AB yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov tərəfindən imzalanacaq.

Qeyd edək ki, Avropa Birliyi artıq Gürcüstan, Ermənistan, Moldova və Mərakeşlə bu cür sazişlər imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR