Dünya Bankı Azərbaycanın ÜDM-lə bağlı proqnozunu dəyişib

Dünya Bankı Azərbaycanın ÜDM-lə bağlı proqnozunu dəyişib
# 11 iyun 2014 09:43 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda ÜDM artımı 2014-cü ildə 5,2% səviyyəsində gözlənilir. “APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının (DB) “Global iqtisadi perspektivlər” adlı hesabatında deyilir.

DB-nin proqnozlarına görə, 2015-ci ildə Azərbaycanın ÜDM artımı 4,1%, 2016-cı ildə isə 3,6% təşkil edəcək.

Qeyd edək ki, bundan öncə bankın ölkə üzrə ÜDM artımı ilə bağlı proqnozları 2014-cü ildə 5,3%, 2015-ci il üçün - 4,6%, 2016-cı il üçün – 3,9% səviyyəsində olub.

Hesabata əsasən, proqnozun azaldılmasına səbəb Azərbaycanda neft hasilatında gözlənilən durğunluqdur. “Qeyri-neft sektorunun artımı vergi-büdcə siyasətinin sərtləşdirilməsi ilə bağlı bir qədər ləngiyəcək”, - deyə sənəddə qeyd olunur.

Onu da qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2014-cü ildə ÜDM-in 5,2%, 2015-də - 5,8%, 2016-da – 4,8% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR