Azərbaycanda sement istehsalı artıb, kərpic istehsalı azalıb

Azərbaycanda sement istehsalı artıb, kərpic istehsalı azalıb
# 20 may 2014 10:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 26,3% artaraq 120,2 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 4 ayında ölkədə 803,3 min ton sement istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 42,1% çoxdur.

Bu müddət ərzində hörmə üçün hazır beton qarışığının istehsalı 29,8% artaraq 511,3 min ton olub. Asfalt istehsalı isə 44,4% artaraq 120,0 min təşkil edib. Bu il ərzində betondan yığma tikinti konstruksiyalarının da istehsalı 12,4% artaraq 11,8 min kubmetr təşkil edib.

Bu ilin yanvar-aprel aylarında tikinti gipsinin, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların və tikinti kərpicinin istehsalı xeyli azalıb. Belə ki, tikinti gispsinin istehsalı 46% azalaraq 33,6 min ton, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 38,3% azalaraq 1 189,8 ton və tikinti kərpicinin istehsalı 40,2% azalaraq 71,5 kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR