Abşeronda 2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb

Abşeronda 2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
# 08 may 2024 09:51 (UTC +04:00)

Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər müəyyən edilib.

DİN-dən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR