Evlərdən 5 min manata yaxın pul oğurlayan şəxslər saxlanılıb

Evlərdən 5 min manata yaxın pul oğurlayan şəxslər saxlanılıb
# 08 may 2024 09:44 (UTC +04:00)

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən APA-ya verilənx xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb.

Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR