Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 8% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 8% artıb
# 13 yanvar 2014 13:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin dekabr ayında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 125,5 mln. manat vəsait köçürüb.

«APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə 8% çoxdur.

Bu məbləğin 41,4 mln. manatı gömrük rüsumları üzrə daxilolmalardan, 75,6 mln. manatı idxal edilən malların əlavə dəyər vergisi, 7 mln. manatı aksizlər və 1,4 mln. manatı yol vergisi təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR