Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının iclası keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının iclası keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2013 08:37 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, tədbirdə Azərbaycan da daxil olmaqla 21 ölkənin nümayəndə heyəti iştirak edir.

İştirakçılar əvvəlcə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin əsas binasında yerləşən Azərbaycan Gömrük Tarixi Muzeyi ilə tanış olublar.


Tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, konfransda Azərbaycan tərəfindən “Muzeyin internet səhifəsi - ziyarətçilər və media ilə qarşılıqlı əlaqələrin yeni kanalı”, İCOM Azərbaycan Milli Komitəsi mədəni irsin keşiyində, “Elektron lövhə - yeni nəslin kitabı mövzularında, həmçinin Malta, Macarıstan və Slovakiya nümayəndələrinin təqdimatı keçiriləcək.


A.Əliyev bildirib ki, Ümumdünya Gömrük Muzeyləri Assosiasiyasında 24 təşkilat fəaliyyət göstərir: «Hər il bir ölkədə belə bir konfrans təşkil olunur. Azərbaycanda belə bir tədbir il dəfədir təşkil olunur. Bu tədbirin keçirilməsində məqsəd gömrük əlaqələrini genişləndirməkdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR