Azərbaycanda vahid elektron kartoqrafik sistem hazırlanır

Azərbaycanda vahid elektron kartoqrafik sistem hazırlanır
# 31 may 2014 11:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda geoməkan məlumatlarının analizində müəyyən çətinliklər mövcuddur. Çünki hər kəs coğrafi informasiya sistemlərini öz xəritə bazası üzərində hazırlayır. Amma bu çətinlik aradan qaldırılmalıdır”.

Bunu “APA-Economics”ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, bunun üçün ölkədə vahid elektron kartoqrafik əsas istifadə olunmalıdır: “Hazırda bu istiqamətdə müəyyən işlər gedir. Biz qanunvericilik istiqamətində təşəbbüslər göstəririk. Burada əsas məqsəd bundan sonra coğrafi informasiya sistemləri hazırlanarkən vahid elektron kartoqrafik özüldən istifadə olunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR