Şəmkirdə qəzaya düşən avtomobil yanıb, ölən və xəsarət alanlar var - VİDEO

 Şəmkirdə qəzaya düşən avtomobil yanıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2013 15:50 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayonu, Yeni Yol kəndində 1966-cı il təvəllüdlü Talıbov Bəhmən Məhərrəm oğluna məxsus "Mercedes" markalı minik avtomobilin yol kənarına aşması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı avtomobilin sürücüsü B. Talıbov ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib və avtomobildə olan 3 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılıb və Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR