ABŞ Haitiyə 60 milyon dollar dəyərində silah göndərəcək

ABŞ Haitiyə 60 milyon dollar dəyərində silah göndərəcək
# 04 may 2024 23:45 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin administrasiyası Haitiyə cinayətkarlıqla mübarizə üçün 60 milyon dollar dəyərində silah göndərəcək.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, hərbi yardım paketinə əsasən atıcı silahlar, eləcə də bəzi zirehli texnika növləri, xüsusilə 80 ədəd “Humvee” və 35 ədəd “MaxxPro” zirehli avtomobil daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR