“Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi”nin 5 illik yubileyi qeyd olunub - FOTO

“Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi”nin 5 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 18 dekabr 2013 10:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Bakıda “Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi”nin 5 illik yubiley mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son illər Azərbaycanda mədəniyyətlərarası dialoq mövzusu böyük əhəmiyyətə malikdir: “İctimaiyyət arasında bu mövzu ən çox müzakirə olunan mövzulardan biridir. Bakı dünyada beynəlxalq əməkdaşlığın və tolerantlığın mərkəzinə çevrilib. Azərbaycanın paytaxtı həmişə müxtəlif mədəniyyətlərə açıq olacaq, mədəniyyətlərarası dialoqun inkişafı üçün böyük işlər görəcəyik. Bu illərdə aparılan mədəniyyət tədbirləri Azərbaycana dünyada böyük hörmət qazandırıb”.

Böyük Britaniyanın Coventri Universitetinin Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru Mayk Hardi qeyd edib ki, dialoqun tətbiq olunması üçün Azərbaycan dövləti ilə yanaşı ölkə vətəndaşları da maraqlı olublar: “Bakıda insanlar maraqlıdırlar ki, mədəniyyətlərarası dialoq mövcud olsun. Çox şadıq ki, bu tədbirlərə gənclər qoşuldular, onlar təşəbbüslərlə çıxış etdilər. Bu forum söz ifadəsi yox, konkret addımlar atılan tədbirə çevrildi”.

Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış edərək, "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin Azərbaycanın mədəni və ictimai həyatındakı rolundan danışıblar.

Qeyd edək ki, beş illik yubiley tədbirində “Çoxmədəniyyətli Musiqi Mübadiləsi” filminin təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR