Humanitar yardım karvanı Homs şəhərində atəşə tutulub, “Qızıl Aypara” təşkilatının 4 əməkdaşı xəsarət alıb

Humanitar yardım karvanı Homs şəhərində atəşə tutulub, “Qızıl Aypara” təşkilatının 4 əməkdaşı xəsarət alıb
# 08 fevral 2014 21:44 (UTC +04:00)

Bakı-APA. Silahlılar Suriyanın Homs şəhərinin qədim rayonlarına girişində humanitar yardım karvanını atəşə tutulub, nəticədə “Qızıl Aypara” təşkilatının azı 4 əməkdaşı xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insidentin təfərrüatları barədə məlumat verilmir.

“Frans Press”in məlumatına görə, yardım karvanı həmçinin artilleriya atəşinə də tutulub.

Qeyd edək ki, humanitar yardımın Homs şəhərinə çatdırılması hakimiyyət və müxalifət arasında əldə olunmuş üçgünlük atəşkəs haqqında razılaşmada nəzərdə tutulub.

Hakimiyyət və müxalifət bir birini atəşkəsin pozmaqda günahlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR