«Nida»nın İdarə Heyətinin üzvü barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

«Nida»nın İdarə Heyətinin üzvü barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb
# 22 iyun 2013 11:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. «Nida» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə APA-ya vəkil Yalçin İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə «Nida» hərəkatının İdarə Heyətinin üzvü Ü.Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, «Nida» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ü.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Ü.Məmmədli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR