İraq hökuməti Mosulun İŞİD silahlılarından təmizlənməsi üçün kürdlərlə əməkdaşlıq edəcək

İraq hökuməti Mosulun İŞİD silahlılarından təmizlənməsi üçün kürdlərlə əməkdaşlıq edəcək
# 11 iyun 2014 13:23 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İraq hökuməti Mosulun “İraq Şam İslam Dövləti” (İŞİD) silahlılarından təmizlənməsi üçün regional Kürdüstan hökuməti ilə əməkdaşlıq edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İraqın xarici işlər naziri Hoşyar Zebari bildirib ki, ölkənin ikinci ən böyük şəhərini - Mosulu silahlılardan təmizləmək üçün Bağdad ölkənin şimalındakı kürd qüvvələri ilə əməkdaşlıq edəcək: “Bağdad və regional Kürdüstan hakimiyyəti arasında yaxın əməkdaşlıq olacaq və xarici qüvvələrin şəhərdən çıxarılması üçün birgə işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR