BAXCP Azərbaycanla İran, Türkiyə, AB ölkələri, ABŞ və Kanada ilə viza rejiminin aradan qaldırılmasına çağırır

BAXCP Azərbaycanla İran, Türkiyə, AB ölkələri, ABŞ və Kanada ilə viza rejiminin aradan qaldırılmasına çağırır
# 21 aprel 2014 11:08 (UTC +04:00)

Bakı – APA. Aprelin 21-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin İran İslam Respublikası ilə viza rejiminin aradan qaldırılması məqsədilə aparılan danışıqları müsbət qiymətləndirib və danışıqların sürətləndirilməsini vacib sayıb.

İdarə Heyəti hesab edir ki, İranla yanaşı, Türkiyə, Avropa Birliyinə daxil olan ölkələr, ABŞ və Kanada ilə də viza rejimi aradan qaldırılmalıdır: "Həmin ölkələrlə viza rejiminin aradan qaldırlıması Azərbaycanda turizmin inkişafına, eyni zamanda, Azərbaycanın daha da çox tanıdılmasına kömək göstərər".

İclasın sonunda aprelin 24-də Şəhidlər xiyabanında xilaskar türk əsgərinin anım gününün qeyd olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR