AŞPA sədri yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik ünvanlayıb

AŞPA sədri yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik ünvanlayıb
# 21 oktyabr 2013 17:07 (UTC +04:00)

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Birinci turdan seçicilərin böyük əksəriyyətinin səsini toplamaqla qazandığınız qələbə xalqın Sizə inamının əyani göstəricisidir.

Əminəm ki, Sizin müdrik siyasi təcrübəniz ölkənizdə aparılan islahatların yeni mərhələsində də uğurlu olacaq.

Azərbaycan öz tarixində ilk dəfə 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Bu, bütün Avropa qitəsində təşkilatımızın standartlarına və dəyərlərinə hörməti möhkəmləndirmək, eləcə də gələcəkdə ölkənizdə bütün islahatların həyata keçirilməsinə təkan vermək üçün əlverişli imkandır.

Əminəm ki, Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz təşkilatımızın və dəyərlərimizin möhkəmlənməsi işinə töhfə verəcək. Avropa Şurası və onun Parlament Assambleyası öhdəliklərin və vəzifələrin həyata keçirilməsində Azərbaycanı tam dəstəkləyir. Əminəm ki, yaxın gələcəkdə biz daha sanballı nəticələrin şahidi olacağıq. Ənənəmizə uyğun olaraq 2014-cü ilin sessiyalarından birində Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Assambleyamıza müraciət etmək üçün Strasburqa səfərinizi səbirsizliklə gözləyirik. Sizə ali dövləti vəzifənizdə böyük uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR