Goranboyda antisanitar vəziyyətdə çörək bişirilən sex aşkarlanıb - VİDEO

Goranboyda antisanitar vəziyyətdə çörək bişirilən sex aşkarlanıb - <span style="color: red;">VİDEO
# 14 avqust 2013 12:23 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan sexdə reyd keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi tərəfindən rayonun Dəliməmmədli şəhərində aparılan reyd zamanı şəhər sakini Cümşüd Cabbarova məxsus çörək bişirmə sexində xeyli sayda nöqsanlar müəyyən edilib.

Qurumun məsləhətçisi Fərid Namazovun verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd fərdi vətəndaşlara məxsus çörəkbişirmə sexləri və xüsusi üsulla hazırlanan çörəkbişirmə yerlərindəki vəziyyəti müşahidə etmək və mövcud problemləri aradan qaldırmaqdır. Müsahib yoxlamalar zamanı istehsal obyektində antisanitar vəziyyət və standartların tələblərinin kobud şəkildə pozulması hallarına rast gəlindiyini bildirib. Yoxlamalar zamanı sexdən çörəyin bişirilməsində avtomobil mühərriki üçün nəzərdə tutulan yağlardan istifadə olunduğu üzə çıxıb.

F.Namazovun dediyinə görə, mühərrik yağlarından istifadə etmə insan sağlamlığına mənfi təsir göstərir. Bundan başqa, sexdə istismar müddəti başa çatmış avadanlıqlarla çörək bişirilmə hallarına da rast gəlinib. Komitə əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, məhsulların gigiyenik və uyğunluq sertifikatları da yoxdur. İstehsal obyektlərində aparılan bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR