Rüşvətxorluqda təqsirləndirilən hərbçilərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Rüşvətxorluqda təqsirləndirilən hərbçilərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 11 iyun 2014 09:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Daxili Qoşunların hərbi qulluqçuları Zaur Rzayev və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclası isə iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, Zaur Elman oğlu Rzayev Daxili Qoşunların hərbi hissəsində əsgərlərdən kazarmanı təmir etmək adı ilə 1400 manat rüşvət alıb. Ümumilikdə əsgərlərdən 14 min manat pul yığılıb. Ötən il aprelin 8-də Zaur Rzayev, Anar Bağırov və Elyar Abbasov həbs edilib. Təqsirləndirilən şəxslər tərxis olunan əsgərlərin şikayəti əsasında həbs olunublar. Təqsirləndirilən şəxslər 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Zaur Rzayev 4 il, Anar Bağırov 4 il, Elyar Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR