İranda 5 azərbaycanlı fəal azadlıqdan məhrum edilib

İranda 5 azərbaycanlı fəal azadlıqdan məhrum edilib
# 07 aprel 2014 14:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 5 azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb.

APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Mahabad İnqilab Məhkəməsi Daryuş Əndəlibiana 9 ay, Həbib Mənafi Azər, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtariyə isə 91 günlük həbs cəzası kəsib. Azərbaycanlı fəallar qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda ittiham olunub.

Qeyd edək ki, 2013-cü il dekabrın 12-də Qoşaçay şəhərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Azərbaycan Milli Hökumətinin yaranmasının 68-ci ildönümü qeyd olunub. Belə ki, yerli vaxtla 14:00-16:00 arasında İranın Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində Azərbaycan Demokrat Firqəsinin liderlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edərək bir neçəsini həbs edib. Bunlar Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Manafi Azər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Marağa). Dekabrın 13-də Qoşaçay İnqilab Məhkəməsində onların məhkəmə prosesi keçirilib. Hakim azərbaycanlı fəalların hər birinə azadlığa çıxmaları üçün 10 milyon tümən girov təyin edib. Onlar məhkəmə prosesi bitdikdən sonra Qoşaçay şəhərinin həbsxanasına salınıblar. Azərbaycanlı fəallar dörd gün həbsdə qaldıqdan sonra dekabrın 16-da sərbəstliklərinə qovuşublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR