Pakistanda avtobus qayalıqdan aşıb, 20 nəfər ölüb

Pakistanda avtobus qayalıqdan aşıb,  20 nəfər ölüb
# 03 may 2024 10:08 (UTC +04:00)

Pakistanın Gilgit Paltistan əyalətində avtobusun aşması zamanı 20 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın “PTC News”a istinadən xəbərinə görə, hadisə əyalətin Diamer rayonunda baş verib. Əraziyə polis və xilasedicilər cəlb olunub.

Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib.

O da bildirilib ki, nəqliyyat vasitəsi Ravalpindi istiqamətində hərəkətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR