ABŞ-ın maliyyə naziri: «İrana qarşı iqtisadi sanksiyalar dünya tarixində ən sərt sanksiyalardır»

ABŞ-ın maliyyə naziri: «İrana qarşı iqtisadi sanksiyalar dünya tarixində ən sərt sanksiyalardır»
# 06 iyul 2013 12:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran iqtisadiyyatına qarşı tətbiq edilmiş sanksiyalar dünya tarixində ən sərt sanksiyalardır. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Cek Lyu bildirib.

Onun sözlərinə görə, bu sanksiyaların əsas məqsədi İran xalqına zərər vurmaq deyil: «Sanksiyaların İranın nüvə proqramının hərbi məqsədlərə istiqamətlənməsini dayandıracağına ümid edirik. Çünki digər variantlar əsla yaxşı deyil və vəziyyəti daha da dəhşətli duruma gətirəcək. Bu baxımdan, ən yaxşı variant iqtisadi sanksiyalardır. Digər sanksiyalar həm İran, həm də bütün dünya üçün təhlükəli olar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR