Göyçayda qızıl protez oğurlayan şəxs yaxalanıb

Göyçayda qızıl protez oğurlayan şəxs yaxalanıb
# 02 iyul 2013 11:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Göyçayda bir evdən qızıl protez oğurlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da Səlahəddin Əzizovun evindən qızıldan hazırlanan protezi oğurlayan rayon sakini Anar İbrahimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR