Bu gün Azərbaycan klubları Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarını keçirəcək

Bu gün Azərbaycan klubları Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarını keçirəcək
# 18 iyul 2013 07:34 (UTC +04:00)


Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, turnirdəki hər 3 təmsilçimiz – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” bu mərhələdə ilk matçlarına çıxacaq.

“Qarabağ”dan fərqli digər 2 komandamız oyunlarını səfərdə keçirəcək. Ötən mərhələdə Finlandiyanın “Mariehamn” klubuna qalib gələn “İnter” yenə Skandinaviyaya səfər edib. Komandamız Norveçdə “Tromse”nin qonağı olacaq. Həmin vaxt “Xəzər Lənkəran” İsraildə Hayfa “Makkabi”si ilə oyuna çıxacaq. “Qarabağ”ın isə matçı bu 2 komandadan 1 saat tez başlayaraq evdə olacaq. Rəqib qitə miqyaslı turnirdə debüt edən Polşanın “Pyast” klubudur.


18 iyul
21:00. “Qarabağ” (AZƏRBAYCAN) – “Pyast” (Polşa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Damir Batiniç (Xorvatiya)


22:00. “Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN)
Tromse. “Alfheym” stadionu
Baş hakim: Yuri Mojarovski (Ukrayna)

22:00. “Makkabi” (İsrail) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN)
Hayfa. “Kiryat Eliezer” stadionu
Baş hakim: Slavko Vinçiç (Sloveniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR