Əhməd Davudoğlu: “İranın Suriya konfransında iştirakı zəruridir”

Əhməd Davudoğlu: “İranın Suriya konfransında iştirakı zəruridir”
# 11 yanvar 2014 15:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın Suriya böhranının həlli ilə bağlı İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirakı zəruridir”.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, İranın Suriya mövzusunda qərar alınması istiqamətində müsbət təsiri və köməyi olacaq: “Bu baxımdan Türkiyə İranın Suriya konfransında iştirakını düzgün hesab edir”.

Ə.Davudoğlu deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana bu ay planlaşdırılan səfəri zamanı ikitərəfli əlaqələrlə yanaşı, Suriya böhranı da müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR