İran-Pakistan sərhədində 4 silahlı öldürülüb

İran-Pakistan sərhədində 4 silahlı öldürülüb
# 29 oktyabr 2013 16:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran-Pakistan sərhədində 4 silahlı öldürülüb.

APA-nın “Təsnim” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Sərhəd Polisinin komandanı, general-polkovnik Hüseyn Zülfüqari bildirib.

Qeyd edək ki, oktyabrın 25-də gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6-sı yaralanıb. Hadisədən bir gün sonra “Ceyşül-Ədl” adlı qrup hücumu öz üzərinə götürüb.

Rəsmi Tehran isə bu addıma cavab olaraq oktyabrın 26-da səhər saatlarında terrorçuluqda ittiham olunan 16 məhbusu Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR