Tonqa sahillərində 6,4 bal gücündə zəlzələ olub

Tonqa sahillərində 6,4 bal gücündə zəlzələ olub
# 03 noyabr 2013 02:55 (UTC +04:00)

Bakı-APA. Sakit okeanın qərb hissəsində yerləşən Tonqa adalarının şərqində 6,4 bal gücündə güclü zəlzələ olub. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Mümkün qurbanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.

İlk yeraltı təkanlar yerli vaxtla səhər saat 7.00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Niuafou adasından 150 km aralı, 10 km dərinlikdə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR