ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib

ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
# 27 aprel 2024 17:44 (UTC +04:00)

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR