Salyanda atı vuran avtomobil idarəetməni itirərək dirəyə çırpılıb, ölən var

Salyanda atı vuran avtomobil idarəetməni itirərək dirəyə çırpılıb, ölən var
# 20 dekabr 2013 09:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də Salyan rayonu ərazisində Neftçala rayon sakini Natiq Nəsirov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun hərəkət hissəsinə çıxaraq atı vurub və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı dirəyə çırpıb. N. Nəsirovun sərnişini - həmyerlisi Məlahət Əliyeva xəstəxanaya yerləşdirilib və dekabrın 19-da orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR