İƏT Baş katibi: Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik

İƏT Baş katibi: Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik
# 02 may 2024 11:28 (UTC +04:00)

2024-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə turizm fəaliyyətinin şaxələndirilməsi, həmçinin təcrübə mübadiləsi və təlimlər vasitəsilə potensialın artırılması istiqamətində işlər görəcəyik.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri deyib.

O bildirib ki, İƏT-ə üzv ölkələr arasında turizmin inkişafı üçün əsas məqsədlərə regional istiqamətlərin təşviqi daxildir: "İƏT nəqliyyat, ticarət, kənd təsərrüfatı, enerji və turizm kimi müxtəlif sektorlar vasitəsilə üzv ölkələrdə iqtisadi fəallığı stimullaşdırmağı hədəfləyir. Qədim İpək Yolu da daxil olmaqla, regionun zəngin mədəni və təbii ehtiyatları sayəsində böyük turizm potensialımız var. İƏT-in 2025-ci il üzrə baxışı turizm sektorunun əhəmiyyətini vurğulayır və üzv ölkələrin potensialını, əməkdaşlığını gücləndirməklə onun iqtisadi faydalarından istifadə etməyi hədəfləyir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR