Böyük Britaniya baş nazirinin nümayəndəsi Bakıya gəlir

Böyük Britaniya baş nazirinin nümayəndəsi Bakıya gəlir
# 02 iyun 2014 16:07 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi ”Caspian Oil and Gas Exhibition 2014” sərgisində iştirak etməkdir.

Səfər çərçivəsində Ç.Hendrikin Azərbaycan prezidenti İlham Əliyevlə, habelə gənclər və idman naziri Azad Rəhimov, informasiya texnologiyaları naziri Əli Abbasov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və “bp” şirkətinin prezidenti Qordon Birell ilə görüşəcəyi gözlənilir.

Sabah sərginin açılışında Ç.Hendrik Britaniyanın baş naziri Devid Kemeronun məktubunu oxuyacaq.

Bölgələrlə tanışlıq məqsədilə Ç.Hendrikin həmçinin Qəbələyə səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR