Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhid İbad Musayevin qalıqları Lənkəranda dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhid İbad Musayevin qalıqları Lənkəranda dəfn olunub - FOTO  - YENİLƏNİB
# 08 may 2024 15:49 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları dəfn edilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidin qalıqları Lənkəran rayonunun Şağlaser kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

15.21

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musarza oğlu Musayevin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidlə doğulduğu Lənkəran rayonunun Şağlaser kəndində vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid İbad Musayevin qalıqları Şağlaser kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musarza oğlu Musayevin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

İbad Musayev 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR