Rusiya XİN rəhbəri Suriyada silahlı müxalifəti dəstəkləyən qüvvələri düşünməyə çağırıb

Rusiya XİN rəhbəri Suriyada silahlı müxalifəti dəstəkləyən qüvvələri düşünməyə çağırıb
# 17 yanvar 2014 10:43 (UTC +04:00)

APA - nın məlumatına görə, bunu Suriya xarici işlər naziri Valid Muallem ilə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Suriya müxalifətinin “Cenevrə-2” konfransındakı iştirakı ilə bağlı danışan S.Lavrov bildirib ki, Rusiyanı bu qüvvələrin konfransda iştirakı ilə bağlı siyasi oyunların olması narahat edir:

“Bizdə olan məlumata görə, koalisiya hələlik dəvət almayıb. Üstəlik onlar iştirakla bağlı qərarı bu gün İstanbulda deyil, sabah verəcəklər. Biz həmişə vətənpərvər koalisiyanın konfransda iştirak etməsini alqışlayırdıq. Koalisiya və ona sponsorluq edənlər ölkənin maraqlarını şəxsi maraqlardan üstün tutmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR