Vladimir Putin və Pan Qi Mun Ukraynadakı vəziyyəti müzakirə ediblər

Vladimir Putin və Pan Qi Mun Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 02 mart 2014 01:15 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin və BMT baş katibi Pan Qi Mun aralarındakı telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə ediblər. APA nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti qeyd edib ki, Ukraynanın şərq bölgələrində və Krımda zorakılıq davam edəcəyi təqdirdə Rusiya kənarda qalmayacaq və beynəlxalq hüquq normaları çərçivəsində lazımi tədbirlər görəcək.

Kremlin mətbuat xidmətinin açıqlamasına əsasən, hər iki tərəf Ukraynada böhranın dərinləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR