“Tümen-Bakı” qatarının bomba olduğu ehtimal edilən vaqonunda həşiş aşkarlanıb - YENİLƏNİB-2

“Tümen-Bakı” qatarının bomba olduğu ehtimal edilən vaqonunda həşiş aşkarlanıb  - <span style="color: red;">YENİLƏNİB-2
# 24 oktyabr 2013 23:23 (UTC +04:00)

Bakı-APA. “Tümen-Bakı” qatarından bombanın olması ehtimalı ilə ayrılan vaqonda partlayıcı yox, həşiş aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“İstehkamçılar vaqonda partlayıcı qurğunun olduğunu təsdiqləmədilər. Paketdə həşiş olub”, deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, oktyabrın 24-də qatar Dağıstanın Dərbənd şəhərində gömrük-sərhəd nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər təxliyə edilib. Bombaya bənzər əşyanın aşkarlandığı vaqon “Tümen-Bakı” sərnişin qatarından ayrılıb, qatarın özü isə qalan vaqonlarla Bakıya yola salınıb. Hadisə yerinə istehkamçılar və mütəxəssislər cəlb olunub.

**** 22.48

Bakı-APA. Rusiya-Azərbaycan sərhədindəki “Dərbənd” dəmiryolu stansiyasında partlayıcı qurğuya bənzər əşyanın aşkarlandığı vaqon “Tümen-Bakı” sərnişin qatarından ayrılıb, qatarın özü isə qalan vaqonlarla Bakıya yola salınıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “İTAR TASS”a Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Vaqon qatardan ayrılıb, orada istehkamçılar çalışır. Vaqonda olan sərnişinlər başqa vaqonlara yerləşdirilib, qatar isə Bakıya yola salınıb”, deyə mənbə bildirib.

Qeyd edək ki, qatar Dağıstanın Dərbənd şəhərində gömrük-sərhəd nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər təxliyə edilib.

Qeyd edək ki, oktyabrın 21-də Volqoqradda sərnişin avtobusu partladıldıqdan sonra Rusiyanın cənub bölgələrində təhlükəsizlik tədbirləri güclənib. Xatırladaq ki, partlayış nəticəsində 6 nəfər ölüb, 55 nəfər yaralanıb.

****22.36

Bakı-APA. Rusiya-Azərbaycan sərhədində “Tümen-Bakı” sərnişin qatarı saxlanılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qatar Dağıstanın Dərbənd şəhərində gömrük-sərhəd nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər təxliyə edilib.

Məlumata görə, vaqonun tavan hissəsində paketə bükülmüş əşya rusiyalı gömrükçülərdə şübhə yaradıb. Hadisə yerinə istehkamçılar və mütəxəssislər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR